Səməd Vurğun küçəsində qəza olub. Sumqayıt24 bu haqda 19 dekabr tarixində xəbər verir.
Hadisə 18 dekabr axşam saatlarında baş verib. “Göyərçin” istiqamətindən gələn “Opel” markalı avtomobil “Sevgi körpüsü”nə dönən “BMW”-ni yandan vurub. Şahidlər bildirirlər ki, qəzanı törədən “Opel”in sürücüsü işıqforun sarı işığına məhəl qoymayıb.
Məlumata əsasən, xəsarət alan olmayıb.