Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən elektrik dirəyi sakinlərə təhlükə yaradır. Bu haqda 21 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Söhbət “Sumqayıt Plaza”nın önündə yerləşən istirahət guşəsindən gedir. Yüksəkgərginlikli elektrik dirəyinin iki xəttinin bir-birinə toxunması nəticəsində qısaqapanma yaranıb və qığılcım müşahidə olunub.
“Burada bir neçə mikrorayon və məhəllənin sakinləri istirahət edirlər. Hər an təhlükəli vəziyyət baş verə bilər”, – deyə şikayətçilər bildiriblər.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/12/IMG_4260.mp4"][/video]