Kəlbəcərin icra başçısı Azər Qocayevin səyyar qəbulu baş tutub. Bu haqda 11 sentyabr tarixində Sumqayıt24 RİH-yə istinadən məlumat verir.
Görüş Sumqayıtın Tarixi muzeyində keçirilib. Burada RİH-nin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə rəhbərləri və ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.
Vətəndaşlar onları narahat edən şəxsi məsələləri icra başçısının nəzərinə çatdırıblar. Sakinlər tərəfindən səsləndirilən müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.