Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Sumqayıtda olublar. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
KOBİA idarə heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri şəhərdə fəaliyyət göstərən müəssisələrin birində istehsal prosesi ilə tanış olub və sahibkarla inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Fin Plast İnternational” MMC-yə məxsus müəssisədə qida paketləri, polietilen örtüklər və kisələr, digər polietilen məhsullar istehsal edilir. 2017-ci ildən fəaliyyət göstərən istehsalatda 200-ə yaxın işçi çalışır.