Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib.
Sumqayit24.az xəbər verir ki, Ramin Məmmədovla görüş zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.