“Xəzəri Qoruyaq!” ekoloji hərəkatına aid göstəricilər açıqlanıb. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində “Coca-Cola Azerbaijan Corporate”ə istinadən xəbər verir.
Xəzər dənizinin Sumqayıt sahillərində keçirilən təmizlik aksiyasında ümumilikdə 95 könüllü iştirak edib. Onlar əraziboyu səpilmiş 360 kiloqram tullantını toplayıblar.