Sumqayıt şəhəri, Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 15 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə “Araz” marketinin önündə qeydə alınıb. “Mercedes” markalı aztutumlu mikroavtobus “Toyota” markalı avtomobillə toqquşub. Sonuncu zərbənin təsirindən “Nissan” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Məlumata görə, qəza zamanı yüngül xəsarət alanlar var.