Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə günorta radələrində Koroğlu prospektində qeydə alınıb. “Kia” markalı avtomobil yanacaqdoldurma məntəqəsindən çıxarkən “Lada” markalı maşınla toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.