Sumqayıtda yaşıllıq ərazidə yanğın qeydə alınıb. Bu haqda 23 avqust tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Yanğın şəhərin Kotec qəsəbəsində baş verib. Hadisə zamanı bir neçə şam ağacı yanıb. FHN-in əməkdaşları tərəfindən alov söndürülüb. Ətraf ərazi yanğından mühafizə olunub.