Sumqayıtda ağac təhlükə saçır. Sumqayıt24 bu haqda 18 oktyabr tarixində xəbər verir.
Sözügedən ağac 2-ci mikrorayonda yerləşir. Onun kötüyü boşalıb. Güclü külək əsəndə o yellənir. İnsanlar ağacın yaxınlığından keçməyə ehtiyat edir, həmçinin avtomillərini onun yanında saxlamaqdan çəkinirlər ki, hər an aşa bilər.