Müdafiə Nazirliyi lokal antiterror tədbirləri nəticəsində şəhid olan bütün hərbçilərin kimliyini açıqlayıb. Sumqayıt24 bu haqda 3 oktyabr tarixində xəbər verir.
Qurum siyahıya daha 11 şəhidimizin adını əlavə edib. Onların şəxsiyyətləri Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşib.
Qeyd edək ki, antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 203 hərbi qulluqçusu şəhid olub. Onlardan 191 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhidlərdən 1 nəfəri mülki şəxsdir.
Rəsmi məlumatda 11 nəfərin şəxsiyyətinin müayinələrdən sonra açıqlanacağı qeyd olunmuşdu.