Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Qəbuldan öncə nazir və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib. Səsləndirilən məsələlərin həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verilib.