Sumqayıtda “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində görüş keçirilib. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.
Aylıq çərçivəsində təşkil olunan növbəti görüş Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbində baş tutub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birgə keçirdiyi tədbirdə innovativ vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumat verilib, maraqlı diskussiyalar aparılıb.