Sumqayıt şəhər 24 nömrəli məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Bu haqda 17 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə Sumqayıt ŞPİ-nin Yetkinlik yaşa çatmayanlarla işin təşkili bölməsinin rəisi mayor Azər Bağırov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Sumqayıt bölməsi idarəsi üzrə müavin Ülvi Məmmədov, Sumqayıt Dispanser həkimi narkoloq Vüsal Bəşirzadə, aparıcı məsləhətçi Təbib Məmmədov, Jurnalistlər Birliyinin üzvü Yeganə Telmanqızı iştirak ediblər.
Qonaqlar öz çıxışlarında narkotik maddələrin törətdiyi ağır fasadlardan danışıblar. Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub. Yığıncaq yuxarı sinif sagirdlərini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.