Sumqayıt şəhər 29 nömrəli məktəbində "Narkomaniyaya yox deyək" adı altında tədbir keçirilib. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Zaur Əlizadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun inspektoru Oqtay Əliyev iştirak ediblər.
Toplantı zamanı qonaqlar şagirdlərlə narkomaniyanın fəsadları və mənfi təsirləri haqqında maarifləndirici söhbət aparıblar.