Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının şagirdi beynəlxalq olimpiadada uğur qazanıb. Bu haqda 9 avqust tarixində Sumqayıt24 məlumat verir.
“Teeneagle” beynəlxalq ingilis dili olimpiadası Böyük Britaniyanın Brunel Universitetində keçirilib. Yarışda iştirak edən 7g sinif şagirdi Fəxrəddin Pirizadə 1 qızıl və 1 gümüş medal qazanıb.
Ölkəmiz bu çempionatda 38 məktəbli ilə təmsil olunub.