Sumqayıtda 2 vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 16 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sakinlərə müvafiq köməklik göstərilib.