Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 6 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbir nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.