Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.