top
“Maqnomed MMC”də təhlükəsizlik normalarına riayət edilmir? - İDDİA
30 avqust 2023, 23:00
- ↺ +

“Maqnomed MMC”də təhlükəsizlik normalarına riayət edilmir? - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Sumqayıt şosesində yerləşən zavodda istehsalat prosesində təhlükəsizlik normalarına riayət edilmədiyi iddia olunur. Bu haqda 31 avqust tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən məlumat verir.

Söhbət “Maqnomed MMC”nin metal məmulatları istehsalı zavodundan gedir. İddia “Maqnomed MMC partnyorları” şirkəti tərəfindən irəli sürülüb.

Şikayətçi təşkilatdan bildirilib ki, gələcəkdə baş verə biləcək fövqəladə halların baş verməsinin qarşısının alınması üçün bu müəssisə ilə bağlı təcili addımlar atılmalıdır: “2023-cü ilin aprel ayında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin qərarına əsasən, yuxarıda qeyd olunan zavodun fəaliyyəti tamamilə dayandırılıb. Lakin sonradan Vüsal adlı bir şəxsin qanunsuz müdaxiləsi ilə zavod əvvəlki kimi heç bir razılıq sənədi olmadan fəaliyyətini davam etdirir. Metal istehsalı zavodunun hasarının yanı ilə AR Dövlət Neft Şirkətinin diametri 300 mm olan çox enli neft-qaz borusu keçir.

Hasarın digər tərəfində isə daima qaynaq işləri və “laqunda” ilə iri metal lövhələrin kəsimi işləri görülür. Hamımıza yaxşı məlumdur ki, həm qaynaq işləri görülən zaman, həm də “laqunda” kəsimi icra edilən zaman metalların təmasından və sürtünməsindən irəli gələn qığılcımlanma və alışma prosesi yaranır. Qeyd etdiyimiz neft-qaz borusu ilə kənara uçan metal qığılcımları arasında məsafə o qədər azdır ki, sadə bir alışma nəticəsində çox güclü partlayış əmələ gələr. Bələ partlayışın miqyası isə 1000 tonlarla trotil partlayışının dağıdıcı təsir gücünə malikdir”.

Şikayətçilər qeyd ediblər ki, metal kəsimi və metalın qaynaq edilməsi ilə müşahidə olunan işlərin görülməsi xüsusilə təhlükəli risk daşıma kateqoriyasına aid olan və bilavasitə fövqəladə halların baş verməsi təhlükəsi daşıyan işlərə daxildir: “Bu cür risk daşıyan bir məsələyə aidiyyəti qurumların münasibət bildirməsini və zəruri addımların atılmasını xahiş edirik. Bu, həm dövlətimizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi baxımından vacib və olduqca mühüm əhəmiyyət kəsb edir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb. Qurum məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər