Sumqayıt şəhər stadionunun önündə Mehdi Hüseynzadəni xatırladacaq bir nişanə yoxdur. Bu haqda 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Sovet İttifaqı Qəhrəmanının adını daşıyan stadion yenidənqurmadan sonra açılışa hazırlaşır. Lakin onun önündə olan lövhənin yığışdırılması və yerinə yeni lövhə, barelyefin quraşdırılmaması insanlar tərəfindən birmənalı qarşılanmayıb.
İdman arenasının müdiri Nadir Quliyev məsələ ilə bağlı Xeberle.com-a açıqlama verib. O bildirib ki, Mehdi Hüseynzadəyə aid barelyef hazır olan kimi stadionun girişində qoyulacaq.