Sumqayıtda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb. Sumqayıt24 bu barədə 4 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə oktyabrın 26-da şəhərin H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Babak Hüseynzadə idarə etdiyi "Ford Transit" markalı mikroavtobusla Quba rayon sakini Hikmət Osmanovu vurub. Piyada aldığı bədən xəsarətləri nəticəsində noyabrın 2-də Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı ŞPİ-də cinayət işi başlanaraq istintaq aparılır.