Sumqayıtda “Xəzər Festivalı Coke Studio ilə birgə” adlı müsiqi festivalının keçiriləcəyi məkan məlum olub. Bu haqda 16 avqust tarixində Sumqayıt24 xəbər verir.
Musiqi festivalı “Coca-Cola”nın əməkdaşlığı və Xəzər TV-nin təşkilatçılığı ilə baş tutacaq. Konsert 19 avqust saat 20:00-da Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda keçiriləcək.
Tədbirdə ölkənin məşhur sənətçiləri Murad Arif, Natavan Həbibi, Hiss, Nigar Camal, Dilarə Kazımova, Azad Şabanov, Promete və başqaları çıxış edəcəklər.