Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib. Bu haqda 17 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Toplantı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı təşkil olunub. Çıxış edən STM-in direktor müavini Arzu Bəndəliyeva bildirib ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir.
Digər çıxışlarda güclü Azərbaycan dövlətinin öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu ərazi bütövlüyünü bərpa etməklə sübuta yetirdiyi qeyd olunub.