Sumqayıt Gənclər Evində "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Bu haqda 21 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
"Məsuliyyətli ol" layihəsi çərçivəsində həyata keçirilən yarış "Carlsberg Azerbaijan" şirkətinin, ASAN könüllülərin birgə təşkilatçılığı ilə baş tutub. Qalib komandanın üzvlərinə sertifakatlar təqdim olunub.
Layihənin əsas məqsədi “Məsuliyyətli istehlak, məsuliyyətli sürücü” şüarı ilə insanları maarifləndirməyə, içkili zaman maşın sürməməyə, yol hərəkəti qaydalarına riayət etməyə təşviqdən ibarətdir.