Sumqayıtda azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz qalması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Bu haqda 11 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Məlumatla əlaqədar xilasedicilər çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.