Bakı-Sumqayıt yolundakı avtobus zolağından digər avtomobillərin istifadəsinin qarşısını almaq üçün cəza tədbirləri sərtləşdiriləcək. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 Sia.az-a istinadən məlumat verir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, yeni cəza tədbirləri tezliklə tətbiq ediləcək.
"Həmin zolağa daxil olan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Biz onlara qarşı cəza tədbirlərini sərtləşdirməyi düşünürük. Həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır. Artıq bununla bağlı layihə hazırlanıb və tezliklə yeni qanun qüvvəyə minəcək”, – deyə nazir müavini əlavə edib.