Sumqayıtda qanunsuz qum-çınqıl daşınıb. Sumqayıt24 bu haqda 28 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Novxanı bağları massivində nəzarət tədbirləri keçiriblər. Nəticədə “Ford” markalı 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucovun buradan qum-çınqıl qarışığını daşıdıqları məlum olub.
Faktla bağlı akt, protokol tərtib olunub. Sürücülər barəsində qanunauyğun tədbirlər görülüb.