Novxanı çimərliyi ərazisində iməcilik işləri həyata keçirilib. Bu haqda 18 iyul tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Təmizlik işləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılıb. Novxanı dairəsi adlanan yerdən Novxanı çimərliyinə gedən yolun kənarına atılan plastik və digər bərk məişət tullantıları ərazidən yığışdırılıb.