Xəzər dənizinin Novxanı sahilində təmizlik aksiyası keçirilib. Bu haqda 28 sentyabr tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Aksiyada “Zeytun bağları” markası, “Azersun Holding” MMC-nin əməkdaşları, yerli icra və bələdiyyənin nümayəndələri, eləcə də ekokönüllülər iştirak ediblər.
“Təmiz ölkəm” aksiyası çəçivəsində təşkil olunan iməcilik çərçivəsində sahilyanı ərazi 1 tondan artıq tullantıdan təmizlənib.