Novxanıda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb. Bu haqda 8 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
“Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər – “Hyundai”ın sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.