Novxanıda qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. Sumqayıt24 bu haqda 3 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanı nümayəndələri tərəfindən lazımi addımlar atılıb. Nəticədə müvafiq icazəverici sənədlər olmadan inşa edilən tikili sökülüb.