“Karvan” ticarət mərkəzinin önündə baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kamerasına düşüb. Sumqayıt24 bu haqda 28 avqust tarixində xəbər verir.
Hadisə ötən gün saat 16:00 radələrində qeydə alınıb. Zərərçəkənin sözlərinə görə, maşına yaxınlaşıb geri dönərkən oturacağın yanına qoyduğu içərisində 300 manat dəyərində əşyalar olan mavi paket oğurlanıb.
Polis orqanlarına müraciət olunub.