Sumqayıtda “Xəzər Festivalı Coke Studio ilə birgə” adlı musiqi festivalı keçiriləcək. Bu haqda 4 avqust tarixində Sumqayıt24 məlumat verir.
“Coca-Cola”nın əməkdaşlığı və Xəzər TV-nin təşkilatçılığı ilə keçiriləcək festival 18 avqust baş tutacaq. Saat 20:00-da start götürəcək konsertə giriş sərbəstdir.
Festivalda ölkənin məşhur sənətçilərindən Murad Arif, Natavan Həbibi, Hiss, Nigar Camal, Dilarə Kazımova, Azad Şabanov, Promete və başqaları ifaları ilə çıxış edəcəklər.