Sumqayıtda təhsil işçisinin peşə bayramı təbrik edilib. Bu haqda 6 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ömrünün 45 ilini Sumqayıt təhsilinə həsr etmiş Sədaqət İsmayılovanı təbrik edib. O, Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, Sədaqət İsmayılova Təhsil İdarəsi müdirinin müəlliməsi olub.