Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Bu haqda 16 avqust tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Aparılan araşdırma zamanı ov qaydalarını kobud şəkildə pozduqlarına görə Sumqayıt şəhər sakini Elman Əliyev saxlanılıb. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.