Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənilib.
Sumqayıt24 xəbər verir ki, sentyabr ayının təqaüdləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hesablara köçürülüb.
Yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.