Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təcrübəsi dərsləri davam edir. Sumqayıt24 bu haqda 29 sentyabr tarixində xəbər verir.
Dərslər Təhsil Proqramlarına (Kurikulum) əsasən həyata keçirilir. Mərkəzin Dərzi ixtisasında oxuyan 3-cü kurs tələbələri üçün istehsalat təcrübəsi qarşılıqlı Anlaşma Memorandumuna əsasən, “Alyans tekstil” tikiş fabrikinin bazasında təşkil olunub.