Sumqayıt Gənclər Evində gənclərlə görüş keçirilib. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yığıncaqda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri iştirak ediblər. Görüş zamanı növbəti dövr üçün tədbirlər müzakirə edilib, eləcə də Gənclər və İdman Nazirliyinin "Yaşasın Azərbaycan!" adlı aksiyası çərçivəsində keçirilən "ZƏFƏR" fləş-mobunda iştirak edən təşkilatların nümayəndələri sertifikatlarla təltif olunublar.