Saray qəsəbə 3 nömrəli tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirilib. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxışçılar məktəbliləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırıblar. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.