Saray polis bölmələrinin təşkilatçılığı ilə məktəblərdə maarifləndirici tədbirlər baş tutub. Bu haqda 13 dekabr tarixində Sumqayıt24 DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər “Narkotiklərə yox deyək", "Erkən nikahın fəsadları”, “İnformasiya təhlükəsizliyi, “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları" və “Kibercinayətlər” mövzularını əhatə edib.
Çıxışçılar yeniyetmələrə qeyd edilən mövzular barədə geniş məlumat veriblər.
Tədbir zamanı şagirdlərə qeyd edilən mövzulardan bəhs edən sosial çarxlar nümayiş etdirilib, onları maraqlandıran suallara cavab verilib.