Sumqayıtda itkin düşən oğlan tapılıb. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, 12 yaşlı Əli Babaşov yaşadığı ünvandan çıxmış və geri qayıtmamışdı. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yeniyetmə dünən axşam tapılaraq ailəsinə təhvil verilib.