Sumqayıt gəncləri üçün "Proqramlaşdırma sahəsində peşə hazırlığı kurslarına təqaüd proqramı"na start verilir. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində xəbər verir.
Proqram 7 ay davam edəcək. İştirakçılara 3 komponentli modelə əsaslanan unikal təhsil modeli vəd edilir. Layihədə proqramlaşdırma sahəsində yeni bacarıqlar, praktiki bacarıqların gücləndirilməsi, şəbəkələşmə və mütəxəssislər tərəfindən karyera üzrə “kouçinq” imkanı yaradılacaq.
Məqsəd gəncləri təməl rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqları ilə gücləndirmək, onların məşğulluq imkanlarını artırmaqdır.
Təqaüd proqramına qeydiyyat linki: https://forms.gle/UJVRj3g2FZttKZPDA