Fövqəladə Mobil Könüllü Dəstənin görüşü baş tutub. Bu haqda 30 sentyabr tarixində Sumqayıt24 Qızıl Aypara Cəmiyyətinə (QAC) istinadən məlumat verir.
Yığıncaqda QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova könüllüləri salamlayıb və toplantının məqsədi barədə məlumat verib. Daha sonra bölmə təlimatçısı ay ərzində görülən işlər barəsində çıxış edib. Oktyabr ayı üçün fəaliyyət planlarından söhbət açılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.