QAC Sumqayıt şəhər bölməsində könüllülərə “Fəlakət Riskinin Azaldılması” adlı seminar keçirilib. Bu haqda 22 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Bölmənin sədri Mətanət Məhərrəmova qonaqları və iştirakçıları salamlayaraq seminarın vacibliyindən danışıb. O, mövzu haqqında əsas məlumatlar, risklərin xəritəsi və imkanlılıq, daha yaxşı həyat üçün nə etmək lazım olduğu izah edilərək, fikir mübadiləsi aparıb.
Seminarın əsas məqsədi seçilmiş könüllüləri təlimçi kimi hazırlayaraq, təhsil ocaqlarında məlumatları paylaşmaqdır.