Sumqayıtda qanunsuz ağac kəsən tikinti şirkətinə cinayət işi açılıb. Bu barədə 6 sentyabr tarixində Baş Prokurorluğa istinadən xəbər veririk.
Şəhərin Cəfər Cabbarlı küçəsində və İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində “Mənzərə” MTK-nın istifadəsində olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif cinsli və diametrli ağaclar qanunsuz kəsilib.
Ümumilikdə paytaxt və Sumqayıtda 47 ədəd ağac kəsilib, nəticədə ekosistemə 30 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara bağlı “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, “qanunsuz ağackəsmə” maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.