Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında nəzarət tədbirləri keçirilib. Bu haqda 27 iyul tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfində su hövzəsində aparılan tədbirlər zamanı qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.