Sumqayıtda qanunsuz ov faktı aşkarlanıb. Sumqayıt24 bu haqda 25 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, Sumqayıt şəhər sakini Elnur Əliyev Xəzər dənizinin şəhər akvatoriyasında qanunsuz balıq ovlayıb. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.