Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlanıb. Sumqayıt24 bu haqda 9 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Neftçala rayon sakinləri Ramin İmanov, Elçin Hüseynov, Təbriz Məhərrəmov saxlanılıblar. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Bundan əlavə, ov qaydalarını pozan Sumqayıt şəhər sakini Mətləb Feyziyevdən də ov alətləri müsadirə edilib.
Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.