Sumqayıtlı idmançı xeyriyyəçilik edib. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Karatenin “Qara brilyantı”, 5 qat dünya və 11 qat Avropa çempionu olan Rafael Ağayev Niger Respublikasında su quyusu qazdırıb. Bulağa isə rəhmətə gedən anası Umnisə Ağayevanın adını verib.
Qeyd edək ki, səhra və yarımsəhra iqlimində yerləşən Nigerdə kəskin su qıtlığı var. Rafaelin bu təşəbbüsü yerli əhali tərəfindən böyük sevinclə qarşılanıb.